“Metronun açılması məqsədəuyğun deyil”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Metro avqustun 31-dək bağlı olacaq. Bu da metronun ventelyasiya sistemi ilə əlaqədardır. Yeraltı, dar və mərkəzləşmiş ventelyasiya sistemi olan şəraitdə virusun təkrarən hərəkət etməsi və yoluxma halları baş verə bilər”, o vurğulayıb.