Optimal Elektronika şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, TOSHIBA, Simfer, Carrier, SINGER, EKSEN brendlərinin rəsmi distribyutorudur. Bizim şirkətimiz Mobitel , Inteqral şirkətləri ilə əməkdaşlıq edir və Nokia, Samsung mobil telefonlarının satışı ilə məşğuldur. Bizim mağazalardan Toshiba, Acer, Asus, HP Noutbooklarını əldə edə bilərsiniz, həmçinin ofis və ev üçün personal kompyuterlərin satışı ilə bağlı yığılması da həyata keçirilir.
Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilmısində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.
Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibdə kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika MMC şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.
Yeni sahənin inkişafı ilə əlaqədar olaraq Optimal Elektronika MMC-yə tələb olunur:
Vəzifə: Operator (Call Center)
Departament / Müştəri xidmətləri
Əsas vəzifə və öhdəliklər
Müştəri xidmətləri üzrə operator
Əsas öhdəliklər:
– Telefon zənglərinin qəbulu, xaric olan və daxil olan zənglərin qəbulu olunması
– Zənglər barədə lazımi formaların doldurulması
– Müştəriyə lazımi məlumatın tam və düzgün çatdırılması
– Birbaşa Müdirin göstərişlərini həyata keçirməsi
– Məlumat mərkəzinə daxil olan zənglərin düzgün cavablandırılması və qeydiyyatı
Namizədə dair tələblər
– Təhsil: Orta ixtisas təhsil / Ali təhsil
– MS Office proqramlarından istifadə bacarığı
– Danışıqlar aparma bacarığı
– Pozitiv ünsiyyət yaratma bacarığı
– Qrupda işləmək bacarığı
– Şirkətin məhsulları haqqında məlumatlı olmalı
– Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq
– Məhsulun satışının təşkil edilməsi
– Yaş həddi 20-35
– Ali və ya ota təhsilli olması
– Məişət texnikası ilə bağlı 1il-dən çox iş təcrübəsi
– Öyrənmək istəyi
– Rahat və səlis nitq qabiliyyəti, punktual, ciddi, məsuliyyətli olması
– Azərbaycan və Rus dilini mükəmməl bilmək
– Müştərini inandırma bacarığı
– MS Office, Excel, 1C proqramında proqramında işləmək bacarığı
– Komandada işləmə bacarığı, stressə davamlılıq
İş şərtləri
İş vaxtı: 6 iş günü
İş yeri: Bakı şəhəri
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində vakansiyanın adını “Operator (Call Center)” qeyd etməyi unutmayın, əks halda CV-lərə baxılmayacaq.