“Oppo” şirkəti “Oppo Future Technology 2022” tədbiri çərçivəsində yeni nəsil “Air Glass 2” eynəyini təqdim edib. Cəmi 38 qram çəkisi olan bu aksesuar həm günəşdən qorumaq, həm də görmə zəifliyini korreksiya etmək funksiyalarını yerinə yetirə bilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Air Glass 2” həmçinin real vaxt rejimində müxtəlif dillərdən tərcümə funksiyası ilə təchiz edilib. Eyni zamanda, ağıllı eynək vasitəsilə zəngləri qəbul etmək mümkündür.
“Air Glass 2” eynəyinin qiyməti və bazara çıxma tarixi hələki açıqlanmır.