“Oppo” şirkəti ilk qatlana bilən smartfonunu təqdim edib. Beləliklə, “Oppo Find N2 Flip” modeli “Samsung” və “Motorola”nın rəqibinə çevrilib. Cihaz diaqonalı 3.2 düym olan xarici displey alıb, şəklin yenilənmə tezliyi 60 Hz təşkil edir.
Əsas ekranın ölçüsü 6.8 düym, şəklin yenilənmə tezliyi isə 120 Hz-dir. Smartfon həmçinin MediaTek Dimensity 9000 Plus prosessoru ilə təchiz edilib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni modelin akkumulyatoru 4400 mAh tutumludur. Müqayisə üçün “Samsung Galaxy Z Flip4” smartfonunda bu rəqəm 3700 mAh-dır. “Oppo Find N2 Flip” smartfonunun qiyməti hələki açıqlanmır.