“Oppo” yeni qatlanan “Find N” smartfonunu təqdim edib.
Banker.az xəbər verir ki, Çin markasının verdiyi məlumata görə, cihaz iki ekranla təchiz olunub – 7.1 düym və 5.49 düym. Xarici ekran klassik 18:9 nisbətinə malikdir ki, bu da smartfonu qapalı halda rahat istifadə etməyə imkan verir.
Mütəxəssislərin fikrincə, bu yolla “Oppo” qatlanan smartfonların “əbədi” problemini həll etmiş olub. Müqayisə üçün, “Samsung Z Fold” seriyalı telefonların xarici displeyi daha uzundur və onun istifadəsi daha az rahatdır.
“Oppo Find N” modeli “Snapdragon 888” prosessoru, 12 GB operativ yaddaş, və 50, 16, 13 MP kamera alıb.
Cihazın qiyməti açıqlanmır. “Oppo”dan verilən məlumata görə, onu yalnız Çin bazarında almaq mümkün olacaq.