14 C
Baku
Saturday, November 23, 2024

“Oppo” tam şüşədən olan smartfon təqdim edib

“Inno Day 2022” tədbiri zamanı Çinin “Oppo” şirkəti tam şüşədən olan smartfon, yeni ağıllı saat və naqilsiz qulaqlıqların prototiplərini təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

photo 2022 12 14 17 06 06 2 large

Yeni cihazların şəkilləri “Equal Library” Telegram kanalında yayımlanıb. Fotolarda görünür ki, smartfon ənənəvi “sendviç” dizaynında deyil və onun arxa paneli və çərçivəsi şüşə materialındadır.

Bundan əlavə, istehsalçı keysi şüşədən olan naqilsiz qulaqlıqlar və yeni smart saat təqdim edib. Qeyd edək ki, “Oppo”nun təqdim etdiyi prototiplər bəzən kütləvi istehsal olunmur.

Son xəbərlər
Digər xəbərlər