“Oppo” şirkəti 2022-ci ildə satışa çıxarılacaq yeni “Air Glass” eynəklərini təqdim edib.
Banker.az xəbər verir ki, onların bazarda iki versiyada əlçatan olduğu bildirilir – gümüşü yarım çərçivəli və qara tam çərçivəli. Cihazın qiyməti hələki açıqlanmayıb.
“Air Glass” eynəkləri toxunma, səs əmrləri, baş və əl hərəkətləri ilə idarə olunur. Cihaz həm də “Oppo Watch 2” saatı və “Oppo ColorOS 1” smartfonu ilə işləyir. Yenilik Wi-Fi, Bluetooth və GPS dəstəkləyir, eyni zamanda daxili dinamiklər və mikrofonla təchiz olunub.
“Ağıllı” eynəklər üçün xüsusi proqramlar hazırlanmışdır ki, bunlar arasında hava, təqvim, sağlamlıq monitorinqi, naviqasiya və real vaxtda tərcümə edə bilən tərcüməçi texnologiyalarını alacaq.