13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

“Oppo” yeni nəsil “Reno 7” smartfonlarını təqdim edib

“Oppo” şirkəti yeni nəsil “Reno 7” smartfonlarını təqdim edib.

Banker.az xəbər verir ki, məlumata görə, üç model nümayiş etdirilib – “Reno 7”, “Reno 7 Pro” və “Reno 7 SE”.

reno 7 se 0 large

“Reno 7 SE” smartfonu “MediaTek Dimensity 900” sistemi üzərində qurulub və 8 GB operativ yaddaş, 128 GB (və ya 256 GB) daxili yaddaşla təchiz edilib. Bundan əlavə, cihaz 16 MP ön kamera və 48, 2, 2 MP arxa kamera alıb.

“Reno 7” smartfonu “Qualcomm Snapdragon 778G” çipi, 8 və ya 12 GB operativ yaddaşı, 128 və ya 256 GB daxili yaddaş, həmçinin 32 MP ön kamera ilə təchiz edilib. Cihaz 60 Vt sürətli şarj funksiyasını dəstəkləyir.

“Reno 7 Pro” smartfonu “Dimensity 1200” çipi, 8 və ya 12 GB RAM, 256 GB daxili yaddaş, 6.55 düymlük OLED ekran, 4500 mAh batareya, 50,8 və 2 MP kamera ilə təchiz edilib. Qiymətlər aşağıdakı kimidir:

“Reno 7 SE”nin 8/128 GB – 345 dollar, 8/256 GB – 375 dollar; “Reno 7” 8/256 GB – 420 dollar, 12/256 GB – 515 dollar; “Reno 7 Pro” – 580 və 625 dollar.

Son xəbərlər
Oxşar xəbərlər
X