23 C
Baku
Tuesday, April 23, 2024

Opsion – hamının başa düşəcəyi dildə

Opsion (Option) – spekulyativ sövdələşmədir, bu sövdə gələcəkdə müəyyən tarixdə hər hansı bir məhsulu müəyyən qiymətə əldə etmək hüququ verir, lakin onun mütləq alınması ilə bağlı öhdəçilik yaratmır, alış qiyməti isə sövdə imzalanarkən müəyyən olunur və özündə satıcının komissiyalarını da əhatə edir.

Məsələn siz hər hansı bir səhmin bir ildən sonra 100 şərti pul vahidinə almaq ilə bağlı opsion imzalayırsınız. Deyək ki, həmin bir il ərzində səhmin qiyməti bahalaşaraq bazarda 120 şərti pul vahidi təşkil edir, amma siz onları razılığa gəldiyiniz tərəfdən 100 ş.p. vahidinə alır və beləliklə hər səhmə görə 20 ş.p. vahidi qazanc əldə edirsiniz. Amma qiymətlər 100 ş.p.vahidindən aşağı düşdüyü halda belə siz onları almağa məcbur deyilsiniz. Çünki opsion sizin üzərinə bu öhdəçiliyi qoymur və siz heç bir itkiyə məruz qalmırsınız. Müqavilənin belə şərtlərinin belə deyək ki, kompensasiya olunması üçün satıcı hər səhmin satış qiymətinə edilən əlavədən 5 ş.p. vahidi civarında komissiya əldə etməlidir.

Nəticə etibarı ilə, bir il ərzində səhmlərin qiyməti artdığı təqdirdə, siz öz gəlirinizdən ona hər alınmış səhmə görə 5 ş.p. vahidi ödəyəcəksiniz. Əgər siz səhmləri almaqdan imtina etsəniz, onda hər almadığınız səhmə görə 5 ş.p. vahidi ödəməli olacaqsınız.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər