4 C
Baku
Friday, December 26, 2025

Bir günə $31 mln. necə qazanmaq olar?

Həmişə olduğu kimi, söhbət opsionlar bazarından gedir. Ayrı-ayrı iştirakçıların iri “uduşlarını” yalnız orada izləmək mümkündür. Əsrarəngiz treyder, növbəti altı həftə ərzində ABŞ fond bazarında kəskin eniş gözləyirdi və bazar ertəsi günü S&P 500 indeksinin 4,5% düşəcəyinə bahis etdi. 

O, 16 min yanvar opsionunu alaraq, bunun üçün nə az, nə çox 32 milyon dollar xərcləyib. 

qrafik4Maraqlısı odur ki, sövdələşmə iqtisadiyyat üzrə mənfi statistikanın çıxmasından bir neçə dəqiqə öncə həyata keçirilib. 

İndekslərin aşağı düşdüyünü nəzərə alsaq, bu treyder çox yaxşı qazanc əldə etmiş olub. 

Yeri gəlmişkən, növbəti gün bu opsionlar yenidən aktiv vasitələrə çevrilib. Görünür, eyni adam geri qayıdıb, amma bu dəfə mövqeyinin yarısını bağlamaq məqsədilə. 

qrafik5Bu yaxınlarda opsionların qiyməti 37,6 dollar təşkil edib, buna görə treyder investisiya qoyuluşunu demək olar ki, iki qat artırmış olub. 32 milyon dollarlıq ilkin mövqe 60,2 milyon dollara yüksəlib, yəni bir gündə o 30,9 milyon dollar qazanmış olub. 

Mövqeyinin yarısını bağlamaq qərarı da olduqca məntiqli görünür. Əslində, o, xərclədiyi pulları geri qaytarmış olub və indeksin daha da aşağı düşməsinə bahis edərək, özünü riskə atmır. 

qrafik6Bütün diqqət yenidən ABŞ və Çin arasında gedən ticarət danışıqlarına yönəlib, lakin indi demək olar ki, heç kim tərəflərin müqavilə imzalayacaqlarına inanmır. Dekabrın 15-i son tarixdir  – ABŞ yeni tariflər tətbiq etməlidir. 

Digər tərəfdən, yaxın gələcəkdə mikroiqtisadi statistika, o cümlədən əlbəttə ki, ABŞ-ın əmək bazarına dair hesabat çıxacaq. Ənənəyə görə, sənəd dekabr ayının ilk cümə günündə dərc edilir. 

Qeyd edək ki, bu statistika investorlar üçün böyük əhəmiyyət kəsb edir, çünki bazarlarda dəyişkənliyi artırır və trendin istiqamətini dəyişdirir. 

Son xəbərlər
Digər xəbərlər