14 C
Baku
Friday, November 15, 2024

“Optik-Rabitə-Tikinti” podrat məsələsinə görə “Aztelekom”u məhkəməyə verib

“Optik-Rabitə-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət “Aztelekom” MMC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “Optik-Rabitə-Tikinti” podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Raqib Qurbanovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bildirək ki, Podrat Müqaviləsi sifarişçi və podratçı təşkilat arasında qarşılıqlı münasibətləri tənzimləyən əsas hüquqi sənəddir. Podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.

 

Son xəbərlər
Digər xəbərlər