14 C
Baku
Thursday, May 2, 2024

“Optimal Electronics” müştərilərin kredit ödənişlərinə 1 aylıq fasilə verdi

“Optimal Electronics” də müştərilərinə güzəşt etdi.

Banker.az xəbər verir ki, “Optimal Electronics” tərəfindən yaranmış mövcud vəziyyətlə bağlı evdə qalmağınız və sağlamlığınızı qorumaq üçün kredit ödənişi olan bütün müştərilərin 29 mart tarixindən etibarən Aprel ayı üçün hələlik 1 aylıq müddətinə kredit ödənişlərinə möhlət verilmişdir.

Xatırladaq ki, artıq bir neçə gündür müraciət edən müştərilərə kreditlərdə güzəştlər nəzərə alınırdı. Bu gündən “Optimal Electronics”in bütün mağazaları fəaliyyət göstərməyəcək.

Onu da qeyd edək ki, Optimal Electronics şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, LG, Sony, Karcher, JBL, Philips, Simfer, Carrier, Singer, PFAFF, Aldora (mebel), Konfor (mebel) brendlərinin rəsmi distribüteri və Nokia, Xiaomi, DemirDöküm, Casio, Tissot, Swatch kimi tanınmış brendlərin rəsmi tərəfdaşıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər