Yasamal Rayon Məhkəməsi “Optimal Electronics” MMC-nin inzibati qaydada 608 ABŞ dolları həcmində cərimələnməsi barədə qərar çıxarıb.
Banker.az-a daxil olan informasiyaya əsasən, Optimal Electronis, Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola cərimə edilib. Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Oxşar yazı –Kontakt Home-nin sahibi cərimələnə bilər: Xariclə valyuta əməliyyatlarına görə
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Məhkəmənin qərarına Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
“Optimal Elektronika” MMC şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, LG, Sony, Karcher, JBL, Philips, Simfer, Carrier, Singer, PFAFF, Aldora (mebel), Konfor (mebel) brendlərinin rəsmi distribüteri və Nokia, Xiaomi, DemirDöküm, Casio, Tissot, Swatch kimi tanınmış brendlərin rəsmi tərəfdaşıdır.