6 C
Baku
Tuesday, February 27, 2024

“Optimal Elektronika” 2 milyon manata yaxın zərər etdiyini açıqladı

Mebellərin, avadanlıqların və məişət cihazlarının satışı fəaliyyətilə məşğul olan “Optimal Elektronika” MMC 2021-ci ili 1 milyon 747 min manat zərərlə ba.a vurub. 2020-ci ilin eyni dövründə “Optimal Elektronika”nın zərəri 2 milyon 413 min manat olub ki, bu da illik müqayisədə zərərin 28% azalması deməkdir.

Banker.az bu barədə mağazalar şəbəkəsinin illik hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Optimal Elektronika”nın əsas əməliyyat gəlirləri 96 milyon 128 min manat (əvvəlki ilə nisbətən 10% az), əməliyyat xərcləri 101 milyon 753 min manat (əvvəlki ilə nisbətən 12% az) təşkil edib.

Ötən il “Optimal Elektronika”nın 126 milyon 763 min manat cəmi aktivləri olub ki, bu da illik müqayisədə 32% artım deməkdir. Hesabat dövründə “Optimal Elektronika”nın cəmi kapitalı 9% artaraq 46 milyon 984 min manat, cəmi öhdəlikləri isə 1.5 dəfə artaraq 79 milyon 780 min manat olub.

Qeyd edək ki, 31.12.2021-ci il tarixinə “Optimal Elektronika”nın nizamnamə kapitalı 11 milyon 485 min manatdır. Təsisçilərin nizamnamə kapitalında payı 100% ilə Əsgərov Əhəd Tofiq oğluna məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər