11 C
Baku
Monday, November 25, 2024

“Optimal Elektronika” 2vakansiya üzrə işçi axtarır

“Optimal Elektronika” MMC  mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə ” Optimal Elektronika ” Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

“Optimal Elektronika”MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya 1: Mağaza inzibatçısı (Bakı şəhəri)

Tələblər:

• Mağazanın idarə edilməsi sahəsində azı 3 il iş təcrübəsi
• Komandanın idarə edilməsi təcrübəsi
• Satış sahəsinə dair nəzəri və praktik biliklər
• Satışın Planlanması və Planın icrasına dair təcrübə
• Azərbaycan dilini mükəmmək bilməli ( Rus dili biliyi əlavə üstünlükdür)

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnzibatçı” qeyd edərək [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.


Vakansiya 2: Pərakəndə Satış Şöbəsinin Rəhbəri

Tələblər:

• Satışın idarə edilməsi sahəsində azı 3 il iş təcrübəsi
• Komandanın idarə edilməsi təcrübəsi
• Satış sahəsinə dair nəzəri və praktik biliklər
• Satışın Planlanması və Planın icrasına dair təcrübə
• Yüksək analitik biliklər və planlama qabiliyyəti
• Azərbaycan, rus, ingilis dillərini mükəmməl bilməli

Vəzifələr:

• Pərakəndə satışın planlanması və planın icrasına görə məsuliyyət daşıyır.
• Pərakəndə satış şöbəsinin regional kuratorlarının işinə nəzarət edilməsi həyata keçirir.
• Online satış mütəxəssislərinin işinə nəzarət edir.
• Mağazaların idarə edilməsinə nəzarət edilməsi.
• Satışın artırılması istiqamətində təkliflər verir.
• Və s.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Pərakəndə Satış Şöbəsinin Rəhbəri” qeyd edərək [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər