9 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Optimal Elektronika” MMC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2002023599 dövlət qeydiyyat nömrəli, 2,500,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən Banker.az-a bildirilir ki, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000.00 AZN təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 5 iyun 2023-cü il.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.