24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

“Optimal Elektronika” fond bazarından 12%-lik borc cəlb edir

19 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Optimal Elektronika” MMC-nin ümumi dəyəri 2,500,000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

23 noyabr 2021-ci il tarixində “Optimal Elektronika” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

AZ2001023590 nömrəli istiqrazların hər biri 1 000 manat olmaqla 2 500 ədəd buraxılacaq. İstiqrazların  illik ödəniş faizi 12% olmaqla 18 ay tədavül müddətini əhatə edir və hər 6 aydan bir ödəniş həyata keçiriləcək.

 

Son xəbərlər
Oxşar xəbərlər
X