13 C
Baku
Friday, April 19, 2024

“Optimal Elektronika” fond bazarında 5 investordan 2.5 mln. manat faizli borc götürür

23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Optimal Elektronika” MMC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2001023590 dövlət qeydiyyat nömrəli, 2 500 000 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Bu barədə BFB-dən Banker.az-a bildirilir.

Hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12% , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000.00 AZN təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər