“Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Optimal Elektronika” MMC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.
İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Rauf Daşdəmirovdur.
İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.