11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Optimal Elektronika”nın istiqrazları üçün “Açılış Zəngi”

23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Optimal Elektronika” MMC -nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Banker.az xəbər verir ki, 2,5 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirmişdir.

Açılış mərasimində emitent tərəfindən “Optimal Elektronika” MMC -nin direktoru Əhəd Əsgərov, A.R. Mərkəzi Bankının Kapital bazarına nəzarət departamentinin Prudensial siyasət və metodologiya şöbəsinin rəisi Arif Cəlilov, birja üzvü tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin Biznes İnkişafı Qrupunun rəhbəri Emil Babayev iştirak etmişdir. BFB-nin Biznes İnkişafı Qrupunun rəhbəri Emil Babayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “Optimal Elektronika”-in MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirilib.

Son xəbərlər
Oxşar xəbərlər
X