31 C
Baku
Monday, July 15, 2024

“Optimal Elektronika”ya qarşı məhkəmə iddiası qaldırılıb

“Gulfstream Distribution” MMC “Optimal Elektronika” MMC-ni məhkəməyə verib

Banker.az xəbər verir ki, iddiaya səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

Məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışovanın icraatına verilib.

Qeyd edək ki, 2013-cü ildə yaradılan “Optimal Elektronika” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir. Şirkətin nizamnamə kapitalı 11 485 360 manatdır və qanuni təmsilçisi Əhəd Əsgərovdur.

Onu da bildirək ki, Gulfstream Distribution LLC İT avadanlıqları, İT həllər və xidmətlərin distribyutorudur. ABRIS Distribution-ın Azərbaycandakı baş tərəfdaşıdır.

Son xəbərlər
Digər xəbərlər