9 C
Baku
Monday, November 18, 2024

“Optimal Finance BOKT” 2023-cü ili zərərlə başa vurdu

“Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2023-cü ili 472 min manat zərərlə başa vurub. Ötən ilin eyni dövrünü isə BOKT 424 min manat mənfəətlə bağlamışdır.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə “Optimal Finance” BOKT-un faiz gəlirləri 364 min manat (əvvəlki ilə nisbətən 63% az), faiz xərcləri 96 min manat təşkil edib.

Hesabat dövründə “Optimal Finance” BOKT-un cəmi aktivləri 2 milyon 436 min manat olub ki, bu da illik müqayisədə 31.4% azalma deməkdir. BOKT-un kredit portfeli 814 min manat təşkil edib. Belə ki, BOKT-un kredit portfeli 3 dəfəyə yaxın azalıb.

Xatırladaq ki, “Optimal Finance BOKT” 2020-ci ildə dövlət qeydiyyatına alınıb və həmin il Mərkəzi Bankdan lisenziya əldə edib.

Son xəbərlər
Digər xəbərlər