20 C
Baku
Saturday, June 7, 2025

“Optimal Finance BOKT” zərərdən mənfəətə keçib

“Optimal Finance BOKT” MMC 2024-cü ildə 25 200 manat xalis mənfəət əldə edib. Halbuki, 2023-cü ildə 472.1 min manatlıq xalis zərər qeydə alınmışdı.

Banker.az bunu BOKT-un illik audit hesabatına istinadən xəbər verir.

2024-cü ildə BOKT-nin əsas əməliyyat gəlirləri 717.5 min manat təşkil etmişdir ki, bu da 2023-cü ildəki 388.4 min manatdan 329.1 min manat və ya 84.7% çoxdur. Satışın maya dəyəri üzrə xərclər isə 34.7 min manat olmuşdur ki, bu da əvvəlki ilin 96.3 min manatlıq xərcləri ilə müqayisədə 63.9% azalmadır. Bu dəyişikliklər nəticəsində ümumi mənfəət 2023-cü ildəki 292.2 min manatdan 2024-cü ildə 682.8 min manata yüksəlmiş, bu isə 133.7% artım deməkdir.

Əməliyyat xərclərində isə azalma müşahidə olunub. İnzibati xərclər 2024-cü ildə 657.6 min manat olmuş, halbuki bu rəqəm 2023-cü ildə 760.1 min manat idi. Bu da 102.4 min manat və ya 13.5% azalma deməkdir. Digər əməliyyat xərcləri də 2023-cü ildəki 51 528 manatdan 2024-cü ildə sıfıra enib.

Beləliklə, 2023-cü ildə 472 142 manatlıq xalis zərər qeydə alınmışdısa, 2024-cü ildə 25 200 manat xalis mənfəət əldə olunmuşdur.

2024-cü ildə “Optimal Finance BOKT” MMC-nin aktivləri 1 milyon 229.1 min manata düşmüş, bu da 2023-cü illə müqayisədə 49.5% azalmadır. Əsas azalma qısamüddətli aktivlərdə, xüsusilə pul vəsaitlərində müşahidə olunur (91.1 min manatdan 10.4 min manata).

Xatırladaq ki, “Optimal Finance BOKT” 2020-ci ildə dövlət qeydiyyatına alınıb və həmin il Mərkəzi Bankdan lisenziya əldə edib. Şirkətin 1 milyon manat nizamnamə kapitalı var. Bunun da 100%-i Elçin Əsgərli adlı fiziki şəxsə məxsusdur. E.Əsgərli həmçinin Müşahidə Şurasına sədrlik edir.

o05 scaled

Son xəbərlər
Digər xəbərlər