9 C
Baku
Monday, November 18, 2024

“Optimal Finance BOKT”nin rəhbəri dəyişdirilib

“Optimal Elektroniks”ə yaxın olan “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbərliyi dəyişib.

Banker.az-ən əldə etdiyi məlumata əsasən, “Optimal Finance BOKT”nin səhmdarlarının qərarı ilə Əliyev Laçın Şükür oğlu yeni direktoru təyin edilib.

Buna qədər bu vəzifədə İmam Qədimquliyev Eyyub oğlu idi.

Xatırladaq ki, “Optimal Finance BOKT” 2020-ci ildə dövlət qeydiyyatına alınıb və həmin il Mərkəzi Bankdan lisenziya əldə edib. Şirkətin 1 milyon manat nizamnamə kapitalı var. Bunun da 100%-i Elçin Əsgərli adlı fiziki şəxsə məxsusdur. E.Əsgərli həmçinin Müşahidə Şurasına sədrlik edir.

Son xəbərlər
Digər xəbərlər