6 C
Baku
Friday, December 13, 2024

Optimist olmaq üçün nə etməli?

1. Düşünmək vacibdir: Müsbət düşünmək, özünə və öz gücünə inanmaq lazımdır. Əgər hazırda gördüyünüz işi səmimi qəlbdən yerinə yetirirsinizsə, onda öz gücünüzə inanın və yalnız bu halda uğura nail olacaqsınız.

2. Başqa insanların həyatınıza qarışmasına icazə verməyin: Bütün insanlar eynilə sizin kimi düşünmür. Dostlarınız yaxud qohumlarınız sizi şübhələrə sala biləcək məsləhətlər verə bilərlər. Digərlərinə deyil, öz ürəyinizə qulaq asın.

3. Yalandan və ikiüzlülükdən uzaq olun: Özünüz və ətrafınızdakı insanlara qarşı dürüst olun. Bu hər zaman yüksək qiymətləndirilir, hətta insanlar bunu ictimaiyyət içərisində bildirməsələrdə.

4. Xeyirxahlığa inanın: Hər bir insanın müsbət və mənfi cəhətləri var, siz hansına üstünlük verirsiniz? Ətrafınızdakı insanların ləyaqətini qiymətləndirin və səmimi qəlbdən onları tərifləyin. Zaman keçdikcə görəcəksiniz ki, insanlar sizə qarşı daha yaxşı və mehriban olublar.

5. Çətinliklərə hazır olun: Həyata optimist yanaşma o demək deyil ki, sizin həyatınızda hər zaman hər şey çox yaxşı olacaq. Lakin optimist olmaq bütün çətinliklərin öhdəsindən daha rahat gəlməyə zəmanət verir.

6. Uğursuzluqları və səhvləri qəbul edin: Dünyada elə bir insan yoxdur ki, ya ona rədd cavabı verilsin, ya da aldadıldın. Sizin bütün uğursuzluqlarınız və kiçik məğlubiyyətləriniz əsl uğur divarınızı hörən kərpiclərdir. Məğlubiyyətsiz uğur yoxdur. Öz səhvləriniz və uğursuzluqlarınızdan dərs alın. Uğursuz təcrübənin özü də bir təcrübədir.

7. Dəyərli insan olmağa hədəflənin: Eynşteyn bir dəfə demişdir: “İnsanın nəyə nail olduğu deyil, digər insanlara nə verə biləcəyi vacibdir. Əsl dəyərlilik də bununla bağlıdır. Müvəffəqiyyətli deyil, dəyərli bir insan olmağa çalışın”.

8. Motivasiya – bu hər şey deməkdir:  Əsl motivasiya olmadan müsbət düşünmək faydasızdır. Siz nəyəsə görə yaşamalı və buna nail olmaq üçün motivasiyaya sahib olmalısınız.

9. Müsbət düşüncə kifayət deyil: Müsbət düşüncəni tamamlamaq üçün sizi əhatə edən insanları sevin, sahib olduğunuz hər şeyə minnətdar olun və səmimi qəlbdən gülümsəyin.

10. Optimist olmaq vərdişi:  Həyatda baş verənləri optimizm prizmasından qəbul etməyi özünüzə vərdiş edin və məlumdur ki, vərdiş insanın ikinci təbiətinə çevrilir.

Son xəbərlər
Digər xəbərlər