15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Oqtay Əsədov 163 milyon dollarlıq ticarətdən danışıb

Screen Shot 2021 09 02 at 14.34.20

2018-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 133 milyon ABŞ dolları həcmində olub. 2019-cu ilin doqquz ayı ərzində isə bu rəqəm 163 milyon dollara çatıb.

Bunu Milli Məclisin sədri Oqtay Əsədov türkmənistanlı həmkarı Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Spiker qeyd edib ki, Azərbaycan qlobal miqyaslı neft və qaz layihələrinin reallaşmasında, müasir nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edir.

“Bu sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Ələtdə yeni Bakı dəniz limanının fəaliyyəti, Azərbaycanın iştirakı ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər fikrimizin sübutdur”, – deyə O.Əsədov əlavə edib.

©Oxu.az

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər