6 C
Baku
Monday, December 16, 2024

Oqtay Əsədovun eks-kürəkəni London meri olmaq üçün namizədliyin verib

Bu gün İngiltərə mediasında azərbaycanlı Kamran Balayevin London meri postuna namizəd olması barədə məlumat yayımlanıb. 39 yaşlı Kamran Balayevin namizədliyinin “Renew” partiyasından irəli sürüldüyü bildirilir.

Banker.azın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Kamran Balayev Milli Məclisin keçmiş spikeri, hazırkı deputat Oqtay Əsədovun sabiq kürəkənidir. Oqtay Əsədovun qızı Nərminə Əsədova Kamran Balayevlə 2002-ci ildə rəsmi nikaha girib. Onların evliliyi 10 il sürüb.

K.Balayev Kembric, Harvard Universitetlərində, Beynəlxalq Antikorrupsiya Akademiyasında və London İqtisadiyyat və Siyasi Elmləri Məktəbində təhsil alıb.

K.Balayev hazırda Londonda fəaliyyət göstərən “INTERNATIONAL RISK LTD” şirkətinin direktorudur.

O, 2010-cu ildə Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini kimi Avropa Şurasında çıxış edib.

Son xəbərlər
Digər xəbərlər