19 C
Baku
Friday, October 10, 2025

Oqtay Şirəliyevin yerinə yeni təyinat

“Respublika Diaqnostika Mərkəzi” ASC-nin yeni baş direktoru seçilib.

Banker.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov seçilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə “Respublika Diaqnostika Mərkəzi” ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər