18 C
Baku
Friday, September 26, 2025

“Oracle” korporativ istiqrazlar hesabına $15 milyard cəlb etməyi planlaşdırır

ABŞ-nin “Oracle Corp.” şirkəti 15 milyard dollarlıq istiqraz yerləşdirməyi planlaşdırır, bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” yazıb.

Proqram təminatı istehsalçısı yeddi tranş istiqraz satacaq, o cümlədən 40 illik. Cəlb olunan vəsait əsasən kapital qoyuluşlarının, gələcək investisiyaların və ya satınalmaların maliyyələşdirilməsinə, həmçinin digər korporativ məqsədlərə, o cümlədən borcun ödənilməsinə yönəldilə bilər.

Yerləşdirmədə “Bank of America Corp.”, “Citigroup Inc.”, “Deutsche Bank AG”, “Goldman Sachs Group”, “HSBC Holdings Plc.” və “JPMorgan Chase & Co.” iştirak edir.

Agentlik qeyd edir ki, yaxın bir neçə il ərzində “Oracle” məlumat mərkəzlərinin icarəsi və elektrik təchizatı üçün yüz milyardlarla dollar xərcləməyi planlaşdırır.

Çərşənbə günü ticarətdə şirkətin səhmləri 1.4% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər