18 C
Baku
Sunday, September 8, 2024

“Oracle” Rusiyada bütün əməliyyatları dayandırır

“Oracle” şirkəti Rusiyada bütün əməliyyatları dayandırdığını açıqlayıb. Xatırladaq ki, korporasiya verilənlər bazası idarəçiliyi, müəssisə resurslarının planlaşdırılması, bulud proqram təminatı və server avadanlığı üçün sistemlər hazırlayır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət 175 ölkədə 430 000 müştəriyə xidmət göstərir.

2018-ci ildə Rusiyanın dövlət şirkətləri və dövlət qurumları Amerikanın Oracle korporasiyasının məhsullarına lisenziya və texniki dəstək xidmətlərinə 13,3 milyard rubldan çox vəsait xərcləyib.

2020-ci ildə şirkətin Rusiya və MDB-də gəliri 6.3 milyard rubl təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 38.7% çoxdur.

Son xəbərlər
Digər xəbərlər