Şirkətin maliyyə nəticələri gözlənildiyi qədər güclü olmasa da, icra olunmamış sifarişlərin həcmi son bir ildə 4.6 dəfə artaraq 455 milyard dollara çatıb. “Oracle” yaxın vaxtlarda yeni iri müqavilələr bağlamağı planlaşdırır və bu göstəricinin 500 milyard dolları keçə biləcəyini gözləyir.
Bazar sonrası ticarətdə səhmlər 28% bahalaşaraq 1999-cu ildən bəri ən sürətli artımı göstərib.
Birinci maliyyə rübündə gəlir 12% artaraq 14.93 milyard dollara çatıb, xalis mənfəət isə ötən ilki səviyyədə qalıb — 2.93 milyard dollar. Bulud xidmətlərinin gəliri 28% artaraq 7.19 milyard dollara yüksəlib.
“Oracle” bulud infrastrukturunda gəlirlərin bu il 18 milyard dollara, dörd ildən sonra isə 144 milyard dollara çatacağını proqnozlaşdırır. Kvartal üzrə dividendlər hər səhmə 0.50 dollar təşkil edəcək.