9 C
Baku
Friday, December 13, 2024

“Oracle” şirkəti də “TikTok” uğrunda mübarizəyə qoşuldu

Proqram təminatının istehsalçısı olan “Oracle” şirkəti də “TikTok”un ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı biznesini almaqda maraqlıdır.

Banker.az xəbər verir ki, CNBC-nin verdiyi məlumata görə, hal-hazırda bu barədə “TikTok”da pay sahibi olan vençur şirkətlərlə danışıqlar gedir. “Financial Times” onların “General Atlantic” və “Sequoia Capital” olduğunu idda edir.

Qeyd edək ki, “Oracle” şirkətinin nə sosial şəbəkələri var, nə də video xidmətləri. Şirkət “TikTok”un istifadəçi məlumatlarını öz marketinq məhsullarını inkişaf etdirmək üçün istifadə edəcək. Lakin onu satın almaq üçün on milyardlarla dollar xərc çəkmək – “Oracle” üçün əhəmiyyətli dəyişiklikdir.

Bildiyimiz kimi, “TikTok” tətbiqi Amerika və Çin hakimiyyəti arasındakı münasibətlərin pisləşməsi fonunda blok edilə bilər. Şirkətin ABŞ, Kanada və bir sıra digər ölkələrdə biznesini almağa maraq göstərən ilk namizədlərdən biri “Microsoft” olub. 2020-ci ilin avqustunda ABŞ prezidenti Donald Tramp müqaviləni başa çatdırmaq üçün ona sentyabrın 15-dək vaxt vermişdir. Digər namizədlər arasında “Twitter” də var.

Son xəbərlər
Digər xəbərlər