Oracle süni intellekt infrastrukturu xərclərinin artması fonunda yeni ixtisar dalğası planlaşdırır

Oracle süni intellekt infrastrukturu üçün iri həcmli investisiyalar fonunda əməkdaşlara çəkilən xərcləri azaltmaq məqsədilə yeni ixtisarlar keçirməyi planlaşdırır. Business Insider bu barədə şirkətin daxili sənədinə istinadən yazır.

İxtisarların konkret olaraq neçə əməkdaşı əhatə edəcəyi məlum deyil. Nəşrin məlumatına görə, bəzi bölmələrdə işçilərin “ikirəqəmli faizi” işdən çıxarılacaq. Şirkət menecerlərdən ixtisara salınması nəzərdə tutulan əməkdaşların siyahısını təqdim etməyi istəyib.

İxtisarların 2026-cı il sentyabrın 1-dək həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, Oracle xərclərini artırmaqda davam edir. Business Insider qeyd edir ki, şirkət 2026-cı maliyyə ilində süni intellekt infrastrukturu üçün 55,7 milyard dollar xərcləyib.

2026-cı ilin aprelində The Economic Times Oracle-dakı ixtisarların təxminən 30 min əməkdaşı əhatə etdiyini yazmışdı. İşdən çıxarılan əməkdaşların bir hissəsi kompensasiya paketlərinin yaxşılaşdırılmasına nail olmağa çalışsa da, şirkət şərtlərə yenidən baxmaqdan imtina edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər