19 C
Baku
Saturday, October 1, 2022

“Oracle” “TikTok”un ABŞ-dakı biznesini aldığını təsdiq edib

“Oracle” korporasiyası “TikTok”un ABŞ-dakı biznesini aldığını təsdiq edib.

Banker.az xəbər verir ki, bu barədə CNBC məlumat verib.

Qeyd edildiyi kimi, “ByteDance” şirkəti ABŞ-ın Maliyyə Nazirliyinə müqavilə bağlamaq təklifini təqdim edib və “Oracle” korporasiyasını “etibarlı texnologiya tərəfdaşı” adlandırıb.

Sentyabrın 14-dü ABŞ-ın maliyyə naziri Stiven Mnuçin hökumətin müqaviləni bir həftə ərzində nəzərdən keçirməyi planlaşdırdığını[B1] söyləyib. Səlahiyyətlilər amerikalıların məlumatlarının etibarlı olacağından əmin olmalıdırlar.

Xatırladaq ki, avqust ayında ABŞ hökuməti “ByteDance”ı ölkədə “TikTok”u bloklamaq ilə hədələyib. Bunun qarşısını almaq üçün xidmət sentyabrın 15-dək Amerika şirkətlərindən birinə satılmalıdır.

“TikTok” uğrunda mübarizə aparan şirkətlər arasında “Oracle, “Walmart”, “Microsoft” və “Twitter” olub. Buna baxmayaraq, “ByteDance” şirkəti “Oracle” korporasiyasına üstünlük verib.

Son xəbərlər
Oxşar xəbərlər