27 C
Baku
Thursday, July 17, 2025

“Oracle”ın həmtəsisçisi dünyanın ikinci ən varlı adamı olub

“Oracle”ın həmtəsisçisi və ən böyük səhmdarlarından biri Larri Ellison Bloomberg Milyarderlər İndeksinə əsasən, planetin ən varlı adamları reytinqində ikinci yerə yüksələrək tarixi mərhələyə çatıb. Onun şəxsi sərvəti 251.2 milyard dollar dəyərində qiymətləndirilir.

Beləliklə, Ellison sərvəti 251 milyard dollar dəyərində qiymətləndirilən “Meta”nın yaradıcısı Mark Zukerberqi geridə qoyub. Siyahının lideri hələ də 358 milyard dollar kapitalla “Tesla”nın baş direktoru İlon Maskdır.

Dünyanın ən varlı insanları reytinqində ilk beşliyi Ceff Bezos (247 milyard dollar) və Stiv Balmer (174 milyard dollar) tamamlayır.

NVIDIA çip istehsalçısının baş direktoru Jensen Huanqın sərvəti də şirkətinin səhmlərindəki son artım sayəsində yüksəlib. Belə ki, ötən həftə Jensen Huanq xalis sərvətinə görə Uorren Baffeti ötüb.

İyulun 16-na olan məlumata görə, onun kapitalı 149 milyard dollar, Uorren Baffetin sərvəti isə 141 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər