9 C
Baku
Thursday, December 12, 2024

Orban Aİ-nin Ukraynaya 50 milyard avroluq yardımına veto qoyub

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı 50 milyard avroluq yardıma veto qoyub.

Bu barədə V. Orban “X”də yazıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel veto qərarını təsdiqləyib.

Onun sözlərinə görə, müzakirə mövzusu təkcə Ukraynanın maliyyələşdirilməsi deyil.

Qeyd edək ki, V. Orban daha əvvəl Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlaması qərarına da etiraz etmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər