13 C
Baku
Friday, November 22, 2024

Orban Aİ Şurasının müvəqqəti prezidenti ola bilər

Avropa İttifaqının “Politico” nəşri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin istefası ilə bağlı mümkün variantlar üzrə proqnozunu təqdim edib.

Nəşrin yazdığına görə, Mişel əvvəllər elan edildiyi kimi, iyulda vəzifəsini tərk edərsə, o zaman Aİ liderləri varislə bağlı tez bir zamanda razılığa gəlməli olacaqlar. Onlar bu mühüm məsələdə tezliklə razılığa gələ bilməsələr, Avropa İttifaqı Şurasına sədrlik müvəqqəti olaraq 2024-cü ilin iyulundan dekabr ayına kimi bu quruma sədrlik edəcək ölkənin lideri – Macarıstanın Baş naziri Viktor Orbana keçəcək.

Aİ Şurasına sədrlik altı ay müddətinə bir Aİ üzvündən digərinə rotasiya edilir. Bu, ilk dəfədir ki, Aİ Şurasının hazırkı Prezidenti Avropa Parlamentinə seçkilərdə namizəd olacaq, həm də ilk dəfədir ki, vəzifəsini vaxtından əvvəl tərk edir. Belə ki, Mişel noyabrın sonuna qədər vəzifəsində qalmalı idi. Onun qərarı hüquqi olaraq düzgün olsa da, bu, Avropa liderlərinə əlavə təzyiq göstərir, çünki onların Aİ-də yüksək vəzifələrin geniş şəkildə bölüşdürüldüyü bir vaxtda, bir qayda olaraq, dəyişikliklərə və danışıqlara daha çox vaxtları olur.

İyunun 6-9-da Aİ-nin bütün 27 ölkəsində keçiriləcək Avropa Parlamentinə seçkilərdən sonra Avropa liderləri iyunun 17-də, daha sonra isə 27-28-də görüşəcəklər. Məhz bu görüşlərdə çox güman ki, onlar Mişelin dəyişdirilməsi ilə bağlı razılığa gəlməyə çalışacaqlar.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər