“Azərbaycan və Macarıstan arasında dostluq təkcə qaz dostluğu deyil, bizim aramızda qardaş münasibətləri var, biz qardaş ölkələrik”.
Bunu Macarıstan Baş naziri Viktor Orban Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.
O, bu yaxınlarda da ölkələrimiz arasında çox güclü enerji münasibətlərinin formalaşdığını deyib.
“Ticarət dövriyyəmizdə rekord rəqəmlər var, sərmayə sahəsində artım etmək istəyirik. Azərbaycanın ilk qazı artıq Macarıstana çatıb. Mən Azərbaycan Prezidentini həm bu platforma, həm də qlobal siyasətdəki şəxsi səylərinə görə təbrik edirəm. Siz qlobal siyasətdə qarşılıqlı hörməti təşviq edirsiniz”, – Orban vurğulayıb.