Macarıstan iqtidarı 2024-cü ildən sonra Rusiya qazının Ukrayna ərazisindən tədarük imkanlarının saxlanması üçün Moskva və Kiyevlə əlaqədədir.
Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Biz qazın Rusiya – Ukrayna sərhədini keçən kimi Rusiya qazı hesab edilməyəcəyi və alıcının mülkiyyətinə çevriləcəyi variant üzərində işləməyə çalışırıq”, – o qeyd edib.
Orban əlavə edib ki, hələlik bu təşəbbüsün tərəfləri Rusiyadan qaz tranzitini saxlamağa inandıracağını bilmir.
O həmçinin vurğulayıb ki, Macarıstan indi Rusiya qazını Ukrayna vasitəsilə deyil, “Türk axını” qaz kəməri ilə alır. Eyni zamanda, o, Ukrayna ərazisindən tədarük imkanlarının saxlanmasını da vacib hesab edir.