12 C
Baku
Saturday, November 23, 2024

Orban: “Rusiyaya qarşı sanksiyalar Avropa iqtisadiyyatını məhv edəcək”

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı düşünülməmiş iqtisadi sanksiyalarla “özünü ağciyərlərindən vurub” və bu sanksiyalar aradan qaldırılmasa, onlar Avropa iqtisadiyyatını məhv etmək riski daşıyır.

Bu barədə Baş nazir Orban yerli radioya müsahibəsində deyib.

“Əvvəlcə mən elə bilirdim ki, biz özümüzü yalnız ayağımızdan vurmuşuq, amma indi aydın olur ki, Avropa iqtisadiyyatı özünü ağciyərlərindən vurub və öz nəfəsini kəsir”.
Orban deyib ki, Ukraynanın köməyə ehtiyacı var, lakin Avropa liderləri strategiyalarını yenidən nəzərdən keçirməlidir, çünki sanksiyalar Rusiyanı zəiflətmir və aylarla davam edən müharibəni hər hansı bir həll yoluna yaxınlaşdırmadan Avropa iqtisadiyyatına böyük ziyan vurur.

“Sanksiyalar Ukraynaya kömək etmir, lakin onlar Avropa iqtisadiyyatı üçün pisdir və belə davam edərsə, Avropa iqtisadiyyatını məhv edəcək”, – Orban deyib. “Hazırda gördüklərimiz dözülməzdir”, Macarıstanın hökumət başçısı deyib.

O bildirib ki, Brüsseldəki məmurlar sanksiya siyasətinin yanlış fərziyyələrə əsaslandığını etiraf etməli və strategiyanı dəyişdirilməlidirlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər