“Bəzi fərdi istisna olmaqla, Silahlı Qüvvələrimizin sıralarında kütləvi yoluxma halı yoxdur”.
Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
H.Hacıyev deyib ki, yaralı əsgərlərimizjn koronavirysa yoluxmaması qarşıda duran əsas məsələdir:
“Onların durumlarından dolayı virusa yoluxmaları təhlükəli hal ala bilər”.
O qeyd edib ki, bəzi hallarda insanlar virusa yoluxduqda, evdə müalicəyə çalışırlar, nəticədə daha çox insanı yoluxdururlar.