6 C
Baku
Monday, December 16, 2024

Ordumuzun məhv etdiyi “Repellent” nədir? – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı məhv edilmiş və düşməndən götürülmüş hərbi texnikaları açıqlayıb.
Onların arasında 4 “Repellent” radio-texniki maneə vasitəsi də var. Rusiyanın qabaqcıl texnologiyaları əsasında hazırlanmış “Repellent” sistemi uzaq məsafədən PUA-ların idarəetmə kanallarını ələ keçirir, onun iş rejimini pozur və məhvinə səbəb olur.

53386 1602254546

“Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan “Repellent” radio-texniki maneə vasitəsi 35 km-dən artıq məsafədə siqnallar əsasında ən kiçik hədəfləri belə aşkar etməyi bacarır. Nəqliyyat vasitəsinin üzərində qurulan kompleksin idarəetmə kompüterində operator ərazidəki radio-elektron vəziyyəti görür, buradan müvafiq manelərin tətbiqini həyata keçirir.

img26 4806763638

Aparat 200-6000 MHz tezliklərdə panorama aşkarlanma, pelenqləmə və 10 km radiusla manelərin qoyulmasını həyata keçirə bilir. Bu sistem daha çox döyüş əməliyyatları zonasında düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzərdə tutulub.

unnam 1602260966
Belə ki, kompleks havada olarkən kiçik ölçülü PAU-ları siqnallar vasitəsi ilə 30 km radiusda aşkarlamağı bacarır. 15 dəqiqəyə tam hazır vəziyyətə gətirilən texnikanın heyəti 3 nəfərdən ibarətdir. Nəzarət paneli avtomatikdir. Ermənistan həmin stansiyaları 2017-ci ildə sifariş vermişdi.

Azərbaycan ordusu sözügedən REM-i sıradan çıxarmaqla ölkəmizin dron uçuş və əməliyyatlarının daha rahat həyata keçirilməsinə şərait yaradıb.

Son xəbərlər
Digər xəbərlər