27 C
Baku
Saturday, July 27, 2024

Oreşkin $40-a neftin, pensiya və dronların uğursuzluğu haqqında – MÜSAHİBƏ

Banker.az Rusiyanın maliyyə naziri olan Maksim Oreşkinin TASS xəbər agentliyinə verdiyi müsahibəni təqdim edir:

İqtisadiyyatdakı yaxın gələcək haqqında. “İlk iki rübdə iqtisadiyyat artımı yavaşadı, indi bu qaydaya düşməlidir. Düzü, iqtisadiyyata təsir göstərən və indiyə kimi yanlış qiymətləndirdiyimiz əlavə bir faktor da var: ABŞ və Çin arasında ticarət müharibəsi. Bu da bizə təsir edə bilər, baxmayaraq ki, son bir neçə ildə həyata keçirdiyimiz makroiqtisadi struktur islahatları bizi böyük dərəcədə qoruyur. 70 dollardan 60 dollara doğru gedən neft, daxili iqtisadi vəziyyətə təzyiq göstərmir. Fəlakət olmayacaq”.

40 dollara neft haqqında. “2014-cü ildən 2019-cu ilə qədər Rusiyanın makroiqtisadiyyatında görülən işlər, dəqiq olaraq dərsliklərə düşəcəkdir. Beş il əvvəl büdcəmizi və tədiyyə balansımızı qorumağımız üçün neftin qiyməti 115 dollar olmalı idi. Səudiyyə Ərəbistanının vətəndaşları ilə yerimizi dəyişdik: onlara bir barel üçün 70 dollar lazımdırsa, bizə 40 dollar da kifayət edir. Əlbəttə ki, 60 olsa daha yaxşı olar”.

ABŞ və Çin arasında gedən ticarət müharibəsi haqqında. “Hal-hazırda baş verənləri yüz illik müharibə ilə artıq müqayisə etmişəm. Yalnız iqtisadiyyatda. Bu uzun çəkə bilər. Əslində, söhbət inkişaf platformalarının qarşıdurmasından gedir. Çin üçün fəsadlar daha böyük olacaqdır, çünki Amerika iqtisadiyyatı daha çox xarici ticarət deyil, özünə yönümlüdür. Tramp və Xi geri çəkilməyi sevməyən liderlərdir”.

Nabiullina ilə mübahisələr haqqında. “Elvira Saxipzadovnanı sevirəm və hörmət edirəm, düşünürəm ki, münasibətlərimiz yaxşıdır. Mən ümumi vəziyyətə yox, konkret insanlara təzyiq edirəm. Məsələn, Mərkəzi Bankın digər bankları tənzimlədiyini və nəzarət altında saxladığını dəfələrlə söyləmişəm. Məncə, belə olmalı deyil… Və ya istehlak kreditləşməsi bazarından danışdıq. Əldə etmək istədiyim şey oldu: ictimaiyyətin diqqətini çəkdim. Mərkəzi Bank daha dərin təhlil aparıb, ümid edirəm ki, bu, onun qəbul etdiyi qərarlara təsir edəcəkdir”.

Biznesmenlərə qarşı cinayət işləri haqqında. (Maykl Kalvi, Sergey Petrov və David Yakobashviliyə qarşı qaldırılan işlərə toxunulub). “Gündəmdə olan xəbərlərin hesabına özümü tanıtmaq istəyim yoxdur. Maykl Kalviyə qarşı qaldırılan cinayət işinə mümkün qədər tez baxılmalıdır. Bəzən onlar aylar, illər boyu davam edirlər”.

Rosstat-ın işinə münasibətdə narazılıqlar haqqında. “Son 15 ildə Rosstat de-fakto olaraq tərk edilmişdir. Hökumətdə heç kim onunla məşğul olmaq istəmirdi və o, bərbad vəziyyətdə idi. Rosstat komandasında demək olar ki, gənclər olmayıb, maaşlar xəzinədarlıqla müqayisədə iki dəfə aşağı, İT isə əhəmiyyətli dərəcədə az idi. Biz Rosstat-ı inkişaf etmiş agentlik halına gətirməyə çalışırıq. Məlumatların keyfiyyəti ilə bağlı problemlər var. Əgər vergi idarəsinə təqdim etdiyin hesabatda hər hansısa səhv olsa, həbs oluna bilərsən. Ona görə də bu gün bunun üzərində işləyirik”.

Son xəbərlər
Digər xəbərlər