24 C
Baku
Thursday, April 18, 2024

Oreşkin: Rusiya-Azərbaycan biznesi son dərəcə uğurla inkişaf etməlidir

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya və Azərbaycan arasında biznesin maksimum dərəcədə uğurlu inkişafını təmin etmək üçün tərəflərin səylərini əsirgəməyəcəyini qeyd edir. Bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin saytında məlumat verilir.

“İki ölkə arasında ticarət dövriyyəsi, xidmətlər, qarşılıqlı pul köçürmələri üzrə ikirəqəmli artım mövcuddur”, – deyə o, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil edilən Rusiya-Azərbaycan işgüzar səhər yeməyində bildirib.

Nazir qeyd edib ki, 2018-ci ildə tərəflər diqqəti sadə ticarətdə mövcud olan maneələrin aradan qaldırılmasına yönəltmişdi.

“Hazırda biz əlavə dəyər zəncirinin qurulması, texnologiyaların birgə inkişafı, məhsulların üçüncü ölkələrin bazarlarına birgə tədarükü ilə bağlı mürəkkəb layihələrdən danışırıq. Biz artıq kompleks logistik layihələrə başlayırıq ki, bu da Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da sıxlaşmasına, iş yerlərinin sayının artmasına imkan verəcək. Bütün bunlar, əlbəttə ki, ölkələrimizin iqtisadiyyatının inkişafında öz əksini tapacaq”, – deyə M.Oreşkin vurğulayıb.

O, həmçinin əməkdaşlıq institutlarının genişləndirilməsi və işgüzar əlaqələrlə yanaşı, mədəni və dostluq əlaqələrinin də möhkəmləndirilməsi üçün komitənin yaradılması təklifini dəstəkləyib.

“İşgüzar şuraların rolu yüksəkdir, biznes arasında təmaslar yeni layihələrin yaranmasına kömək edir. Bizim vəzifəmiz bu birgə biznes layihələrinin inkişaf edə biləcəyi şərait və çərçivələri yaratmaq, lazım gəldikdə, dövlət səviyyəsində dəstəkləməkdir”, – deyə Rusiyanın iqtisadi inkişaf naziri əlavə edib.

Interax.az

Son xəbərlər
Digər xəbərlər