7 C
Baku
Thursday, December 12, 2024

Orijinal qazanc üsulları və ya qeyri-adi biznesmenlər

Britaniya tədqiqatçıları ən orijinal qazanc üsullarının siyahısını tərtib etdilər. Bu siyahıya cəmi 30 qazanc vasitəsinin adı daxil olub. Qəribə olsa da ingilislər arasında siyahı çox qısa müddətdə məşhurlaşdı.  

Ən qədiminin 45 yaşı var.

1.  1960-cı illərdə Çikaqoda vağzalda qadın və kişi fiqurları formasında xüsusi avtomat cihazlar quraşdırılmışdı. Amma onlar heç də “təkəlli banditlər” deyildi, onların təyinatı tamamı ilə başqa idi və  həm də kommersiya xarakteri daşıyırdı.

Avtomatlara dəmir pul salanda, onlar sizə əl uzadıb salamlaşır və deyirdilər: “Salam, lütfkar insan, Sizə xoş səyahətlər”.

Tənha sərnişinlər  avtomat dostların xidmətlərindən böyük həvəslə istifadə edir, hətta istehsalçılara belə bir müraciətlə çıxış edirdilər ki, fiqurlar daha insani yaradılsın və onlar nəinki əllə salamlaşa, hətta sağollaşanda insanı qucaqlaya bilsinlər.

2. Bu isə bir alman nümunəsi. Çox da böyük olmayan bir bizneslə məşğul olmaq qərarına gələn uzun illər ərzində zibilləri yığmaq illə məşğul olan firmaya rəhbərlik edən Robert Pot münasib qiymətə lazımsız əşyalar ilə tanış olmağın mümkün olduğu biz muzey yaradır. Azacıq pul əvəzində sizə gərəksiz əşyaları seyr etmək imkanı əldə edirsiniz. Muzey isə özünü “Zibil vedrələrinin xəzinəsi” sərgisi adlandırdı.

Bir-başa zibillikdən yığılan eksponatlar arasında qiymətli orta əsr əlyazmaları, unikal rəsmlər, qədimi əcaib saatlar və digər dəyərli antik əşyalarına rast gəlmək mümkündür. Bu muzey dövrümüzdə ən çox ziyarət olunan və orijinal muzeylər sırasında qeyd olunur. Onun sahibi isə varlanıb.

3. Öz növbəsində Nyu-York sakini Elias Ferqüssen də zir-zibil üzərində sərvət ucaltmağa müyəssər olub. Onda 100 000-ə qədər köhnə qəzet nüsxələri yığılıb qalıb, bir zaman o, qəzetləri kolleksiya  edirmiş. Lakin elə bir vaxt gəlib ki, Eliasın qalmağa başının üstündə bir damı olmayıb, o evsiz eşiksiz qalıb.

Dəyərli kolleksiyanı isə satmaq alınmayıb. Onda o, belə bir fikrə gəlib ki, qəzetləri yapışdıraraq, özünə bir koma düzəltsin, bəxti gətirib ki bu hadisə yayda, havaların quru keçdiyi bir vaxtda baş verib. Hər şeyə maraq salan insanlar evin qarşısında ayaq saxlayır və ona tamaşa edirdilər, tezliklə turistlər avtobusda bura gəlməyə başladı.

Onda Ferqüssen böyük bir elan asır: “Turizm obyekti. 20-ci ərsin əvvəllərinə aid qəzetlərdən ev. Ziyarət haqqı – 1 dollar”.  Bütün işlər qaydasında getməyə başlayır – turistlərin sayı çox idi. Amma “inşaatçı”  daima səmanı izləyərdi. O, qorxurdu ki, yağış yağsa birinci növbədə onun dollarları yuyulub gedəcək. Daha sonra o, şəffaf lentlərdən xüsusi örtük hazırlayır və biznes uğurla davam edir.

İndi Elias Ferqüssenin çoxlu geniş və rahat evləri var.

4. Britaniya psixoloqu Rocer Qrey göz-yaşları üzərində biznes qurub. O, hamının qarşısında açıq-aşkar bəyan edib ki, kişilərin həyatı qadınlara nisbətən ona görə daha qısadır ki,  – kişilər öz hisslərini içəridə boğurlar və qadınlar kimi tez-tez göz yaşı tökmürlər.

Güclü cinsin nümayəndələrinin uzunömürlülüyünün qeydinə qalan psixoloq Qrey xüsusi pullu kurslar yaradıb ki, burda kişilərə ağlamağı öyrədirlər.

Son xəbərlər
Digər xəbərlər