19 C
Baku
Sunday, May 19, 2024

“Orion” kosmik gəmisinin Yerə qayıdacağı gün məlum olub

“Artemis” proqramının birinci mərhələsində Aya buraxılan “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq.

Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yaydığı bəyanatda deyilir.

Bildirilib ki, mühəndislər kosmik gəminin işini daha yaxşı anlamaq üçün sistemləri sınaqdan keçiriblər.

NASA-nın məlumatına görə, kosmik gəmini Yerə qaytarmaq üçün bir sıra mühərriki işə salmaq lazımdır. “Orion” dekabrın 11-də San Dieqo yaxınlığında Sakit Okeana eniş edəcək.

Xatırladaq ki, “Space Launch System” (SLS) raketinin “Orion” kosmik gəmisi ilə birgə buraxılışı noyabrın 16-da Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən baş tutub. Gözlənildiyi kimi, kosmik gəminin pilotsuz uçuşu 26 gün davam edəcək. O, Ayın ətrafında iki orbit etməli, sonra Yerə qayıtmalıdır. “Orion”un göyərtəsində uçuş zamanı radiasiya səviyyəsini ölçmək üçün istifadə olunan üç maneken var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər