7 C
Baku
Thursday, December 12, 2024

Orqan transplantasiyası ilə bağlı QƏRARLAR verildi

“Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi”nin təsdiq edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əsasnamədə qeyd olunur ki, ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
– adı, soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi (FİN);
– cinsi;
– doğulduğu yer, tarix;

– şəxsiyyətini təsdiq edən sənədin növü, seriyası (olduğu halda), nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, sənədi verən orqanın adı;
– yaşadığı ünvan;
– tibbi sığorta şəhadətnaməsinin (icbari və (və ya) könüllü) nömrəsi və tarixi (mövcud olduğu halda);
– qan qrupu və rezus-faktor, antropometrik məlumatlar (çəki, boy);
– gen və toxuma uyğunluğunun immunoloji göstəriciləri;
– şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı barədə ərizəsi;
– Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT-10) kodu qeyd edilməklə, ölümün səbəbi;
– bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı;
– ölüm anının təsdiq edildiyi tarix, vaxt, ölüm anını müəyyən edən həkimin (həkimlərin (feldşerin) soyadı, adı, atasının adı, bu faktı təsdiq edən tibb müəssisəsinin adı, hüquqi ünvanı və VÖEN-i;
– meyit donordan götürülmüş orqanla bağlı akt;
– transplantasiya üçün götürülən donor orqanın adı;

– donor orqanın götürülmə tarixi və vaxtı;
– donor orqanın götürüldüyü tibb müəssisəsinin adı, hüquqi ünvanı və VÖEN-i;
– həkim-transplantoloq barədə məlumatlar (adı, soyadı, atasının adı, vəzifəsi).

Son xəbərlər
Digər xəbərlər