5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Orta Amerika sahillərində böyük neft-qaz yatağı aşkarlandı

Fransanın “Total” və ABŞ-ın “Apache Corporation” şirkətləri Surinam sahilləri yaxınlığında böyük neft və qaz yatağı kəşf edib.

“Total”ın açıqlamasına görə dənizdə 725 metrədək dərinliyində qazılan “Keskesi East-1” quyusunda bütövlükdə 63 metr saf karbohidrogen ehtiyatı aşkarlanıb.

Bu, regionda sayca dördüncü belə kəşfdir. Daha əvvəl “Maka Central”, “Sapakara West”, “Kwaskwasi” sahələrində mühüm ehtiyatlar aşkarlanmışdı.

Dünyanın ən böyük neft-qaz şirkətlərindən olan “Total” 130-dən artıq ölkədə 100 mindən çox əməkdaşı ilə fəaliyyət göstərir. 1954-cü ildə yaradılmış, qərargahı Texasın Hyuston şəhərində yerləşən “Apache Corporation” ABŞ ilə yanaşı, Kanada, Argentina, Avstraliya, Böyük Britaniya və Misirdə də fəaliyyət göstərir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər