5 C
Baku
Saturday, December 14, 2024

Orta aylıq əmək haqqı 3,3 dəfə artırılıb, Nazir bildirir

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən 106-cı sessiyasında iştirak edir.

Bu barədə Nazirliyin ictimaətə açıqlamasında deyilir.

Sessiyanın plenar iclasında çıxış edən S.Müslümov strateji hədəflərin düzgün müəyyən olunmasının hər bir ölkədə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri olduğunu vurğulayıb: “Əhalinin sosial rifahının yaxşılaşdırılması, işsizliyin azaldılması, gənclərin, qadınların və digər sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, o cümlədən bacarıqların artırılması bu gün Azərbaycanda sosial iqtisadi siyasətin əsas prioritetlərini təşkil edir. Qlobal maliyyə böhranının mənfi təsirlərinə baxmayaraq, iqtisadiyyatın liberallaşdırılması, səmərəli fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması üzrə islahatlar son on ildə orta aylıq əmək haqqını 3,3 dəfə, orta aylıq pensiyanı isə 4,7 dəfə artırmağa imkan vermiş, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizliyin səviyyəsi isə 5 faizdən aşağı enmiş, 1,6 milyondan çox yeni iş yeri açılmışdır”.

Nazir respublikada qadınların ictimai həyatın bütün sahələrində aktiv fəaliyyət göstərdiklərini, muzdla işləyənlərin 48 faizinin, o cümlədən təhsil sahəsində muzdla işləyənlərin 76 faizinin, səhiyyədə 82 faizinin qadınlar olduğunu qeyd edib:

“Hesab edirik ki, əhalinin məşğulluğunun artırılması üçün kadr hazırlığı sistemi, o cümlədən peşə hazırlığı və əlavə təhsil sistemi dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, əmək ehtiyatları keyfiyyətcə yaxşılaşdırılmalı və onun rəqabət gücü artrıılmalıdır. Bu baxımdan peşə standartlarının hazırlanması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Son 5 il ərzində ölkəmizdə 350-dək peşə standartı hazırlanmış və işəgötürənlərin istifadəsinə verilmişdir”.

Son xəbərlər
Digər xəbərlər