8 C
Baku
Sunday, December 22, 2024

Orta Dəhlizdə blokçeyn texnologiyasının tətbiqinə başlanılıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (həmçinin Orta Dəhliz adlanır) pilot layihə olaraq blokçeyn texnologiyası tətbiq edilir.

Banker.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Baş katibi Qaydar Abdikərimov deyib.

Onun sözlərinə görə, dəhlizdə blokçeyn texnologiyasının istifadəsi ilə bağlı layihələr işlənilir: “Bu gün hazırda 2 pilot yük göndərilməsi var ki, bunlar Qazaxıstandan Azərbaycana, burdan da Gürcüstana göndərilib, blokçeyn texnogiyasından istifadə edilib. Bu gələcəkdə xidmətin daha da yaxşılaşdırılmasına imkan verəcək”.

Q.Abdikərimov əlavə edib ki, layihə emal prosesindədir: “Pilot layihə olaraq bunun üzərində işləyirik. Bizə lazım olan məqamları nəzərdən keçiririk ki, layihə tam istifadəyə veriləndə bütün məsələlər mükəmməl, tam işləsin”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər